Vitkof Putinlə görüşüb | VİDEO | YENİLƏNİB

   Vitkof Putinlə görüşüb |  VİDEO | YENİLƏNİB
  06 Avqust 2025    Oxunub:899
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun Rusiya Prezidenti Vladimir Putinlə görüşü başa çatıb.
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, mətbuata qapalı keçirilən görüş təqribən 3 saat çəkib.

* * *

13:22
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşüb.
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflərin görüşü Kremldə baş tutub. Bu, Stiv Vitkofun il ərzində Rusiyaya beşinci səfəridir.

Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək. Vaşinqtonun növbəti addımı Stiv Vitkofun Vladimir Putinlə aparacağı danışıqlarının nəticəsindən asılıdır.
Vitkof Moskvadadır

Xatırladaq ki, Stiv Vitkof Rusiyaya bu il ərzində daha əvvəl üç dəfə səfərə yollanıb. Axırıncı dəfə aprelin 11-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Ukraynada müharibənin həlli istiqamətində fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az



Teqlər:   ABŞ   nümayəndə   Rusiya   prezident   görüş  



Xəbər lenti